...

Abşeronda komendant saatının tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib (VİDEO)

Hadisə Materials 11 Dekabr 2020 14:49 (UTC +04:00)
Abşeronda komendant saatının tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

DİN-dən Trend-ə bildirilib ki, Xırdalan şəhərində polislər tərəfindən nəzarət tərdbirləri həyata keçirilən zaman “Ray club”adlı çay evinin müəyyən edilən tələbləri kobud sürətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Çay evində qaydalara əks olaraq müştərilərə qəlyan da təklif edilib. Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti