...

COVID-19 xəstəsi karantin postunda saxlanılıb

Hadisə Materials 21 Dekabr 2020 11:45 (UTC +04:00)
COVID-19 xəstəsi karantin postunda saxlanılıb

Bakı. Samir Əli - Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-21015” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun aktiv koronavirus xəstəsi kimi portalda qeydiyyatda olduğunu müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, sürücü - Oğuz rayon sakini Biruni Hacıyev COVID-19 virusunun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək karantin rejimi qaydalarını kobud surətdə pozub. Həmin şəxs polislər tərəfindən tibbi prosedurlar da gözlənilməklə Oğuz rayonu Mollalı kəndində yaşadığı ünvana göndərilib.

B.Hacıyev barəsində Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti