Bakı. Samir Əli - Trend:
Bakıda silahlı şəxs yaxalanıb.
Daxili İşlər nazirliyindən Trend-ə verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş H.Əliyevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun kirayədə yaşadığı mənzildə silah-sursat gizlətdiyi müəyyən edilib.
Həmin ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri ilə evdən nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkar edilərək götürülüb.