...

Göygöldə tikili yanıb

Hadisə Materials 25 Fevral 2021 21:04 (UTC +04:00)
Göygöldə tikili yanıb

Bakı. Trend:

Göygöl rayonunda vaqon tipli tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Balçılı kəndində ümumi sahəsi 32 m² olan vaqon tipli tikilinin taxtadan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti