...

Qaradağda ailə üzvlərini qumbara ilə öldürməklə hədələyən kişi saxlanıldı

Hadisə Materials 17 Mart 2021 11:20 (UTC +04:00)
Qaradağda ailə üzvlərini qumbara ilə öldürməklə hədələyən kişi saxlanıldı

Bakı. Samir Əli - Trend:

Martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti