...

Gədəbəydə bazar yanıb

Hadisə Materials 22 Mart 2021 11:46 (UTC +04:00)

Bakı. Trend:

Gədəbəy rayonunda sökülməkdə olan bazarın ərazisində ümumi sahəsi 150 kv.m olan tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti