...

Bu şirkət təbiətə 23 min manatlıq ziyan vurub

Hadisə Materials 27 May 2021 17:42 (UTC +04:00)
Bu şirkət təbiətə 23 min manatlıq ziyan vurub

Bakı. Ceyhun ƏIəkbərov - Trend:

“Qərb Ekol” MMC tərəfindən qovaq ağaclarının kəsildiyi və təbiətə 23 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Trend-in məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, Xaçmaz rayonunun Seyidlər kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən qovaq ağaclarının kəsildiyi və təbiətə 23800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti