...

Bakıda ağacları kəsən şəxs cəzalandırılıb

Hadisə Materials 17 İyun 2021 18:01 (UTC +04:00)
Bakıda ağacları kəsən şəxs cəzalandırılıb

Bakı. Samir Əli - Trend:

Bakıda ağacları kəsən şəxs cəzalandırılıb.

Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə açıqlamasında bildirib ki, Nizami rayonu, B.Nuriyev küçəsi 42 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb:

"Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 2 ağacın vətəndaş Rüstəm Əhmədov tərəfindən kəsildiyi və təbiətə 4200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nizami Rayon Prokurorluğuna göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti