...

Həyat yoldaşını bıçaqlayan kişi həbs edilib

Hadisə Materials 3 İyul 2021 12:37 (UTC +04:00)
Həyat yoldaşını bıçaqlayan kişi həbs edilib

Bakı. Samir Əli - Trend:

Şamaxıda həyat yoldaşını bıçaqlayan şəxs həbs edilib.

Şamaxı rayon Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Şamaxı şəhər sakini 26 yaşlı Zümrüd Yusifovanın əri Səməd Yusifov tərəfindən bıçaqlanması barədə informasiyalar yayılmışdır.

Bununla əlaqədar bildiririk ki, iyunun 27-də saat 16 radələrində Səməd Yusifov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirməklə qəsdən öldürməyə cəhd etmişdir.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Səməd Yusifov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti