...

Ağstafada evə basqın edən maskalı şəxs mənzili yandırdı

Hadisə Materials 15 İyul 2021 13:35 (UTC +04:00)
Ağstafada evə basqın edən maskalı şəxs mənzili yandırdı

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda evə basqın edən maskalı şəxs mənzili yandırıb.

Trend-in məlumatına görə, hadisə rayonun Göycəli kəndində baş verib. Ağstafa Rayon Polis Şöbəsinə iyulun 13-də rayonun Aşağı Göycəli kənd sakini, 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxsin onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alması, sonradan otağın döşəməsini yandırıb getməsi barədə məlumat daxil olub.

Yanğın söndürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Heydərov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti