...

Zərərçəkmiş tərəf Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 İyul 2021 13:07 (UTC +04:00)
Zərərçəkmiş tərəf Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bakı Hərbi Məhkəməsində həbsdə olan sabiq birlik komandiri, general Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilirb

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verib. Vəkillər cinayət işində pozuntulara yol verilməsi səbəbindən cinayət işinə xitam verilməsini və işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyiblər.

Vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diaporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və Məzahir Şıxaliyevin və Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər.

Vəkillər qeyd ediblər ki, həmin şəxslər hadisə olan zaman ifadələrində hadisəni kim tərəfindən törədildiyini bilməsələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun törədiyini deyiblər: "Bu səbəbdən onların ifadəsinin sübutlar siyahısından çıxarılması istəyirik".

Rövşən Əkbərovun vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə də vəsatət veriblər.

Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.

Prosesdə hakimlər müşavirəyə yollanıb.

Müşavirədən sonra məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin etməyib, zərərçəkmiş şəxsin verdiyi mülki iddia isə məhkəmə icraatına qəbul edilib.

Məhkəmə baxışı iyulun 30-na təyin edilib.

Xatırladaq ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti