...

Belçikada daşqın nəticəsində ölənlərin sayı 11-ə yüksəlib

Hadisə Materials 16 İyul 2021 03:41 (UTC +04:00)
Belçikada daşqın nəticəsində ölənlərin sayı 11-ə yüksəlib

Bakı. Trend:

Belçikanın cənubunda baş verən son 20 ildə ən güclü daşqın qurbanlarının sayı 11 nəfərə çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli RTBF telekanalı məlumat verib.

"Səlahiyyətli orqanlar 11 nəfərin ölümünü təsdiqləyib. Üç xilasedici qayıqlarının palçıq axınında aşmasından sonra itkin düşənlər siyahısına daxil edilib", - kanal bildirib.

Şəhərlərin küçələrində suyun səviyyəsi 50-60 santimetrə çatır, bəzi hallarda isə metrə qədər qalxır. İyirmidən çox ev palçıq axınları ilə dağıdılıb. Xilasedicilər köməksiz qalan sakinləri evakuasiya etmək üçün motorlu qayıqlar və helikopterlərdən istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti