...

Xaçmazda çətənə bitkisi becərən şəxs yaxalandı

Hadisə Materials 17 İyul 2021 15:47 (UTC +04:00)
Xaçmazda çətənə bitkisi becərən şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Niyazoba kəndinin sakini Sarxan Ərzimanov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı Niyazoba kəndindəki özünəməxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 74 ədəd yaş, 2 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə olaraq S.Ərzimanovun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqramdan artıq olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti