...

Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

Hadisə Materials 18 İyul 2021 00:50 (UTC +04:00)
Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Tağıyev”, “Pirşağı” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti