Bakı. Trend:
Lənkəran şəhərində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin (hər mərtəbəsi 150 m²) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.