...

ABŞ-da yanğın 600 min hektara yaxın əraziyə yayılıb

Hadisə Materials 23 İyul 2021 06:38 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da yanğınsöndürənlər təxminən 600 min hektar əraziyə yayılan təbii yanğınlarla mübarizəni davam etdirirlər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hazırda ölkədə ən böyük yanğın Oreqon ştatında baş verir. Burada indiyədək 70-dən çox yaşayış binası və 100-dən çox digər tikililər məhv olub. 2 mindən çox sakin təxliyyə edilib, digər 5 mini bu barədə barədə xəbərdarlıq alıb.

Milli qurumlararası yanğın mərkəzinin məlumatına əsasən, ümumilikdə ABŞ-IN qərb ştatlarında 79 böyük yanğın ocağı qeydə alınıb. Yanğın 586 min hektar əraziyə yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti