...

Bakıda zavod ərazisində yanğın olub

Hadisə Materials 1 Avqust 2021 22:27 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda zavod ərazisində ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət tikili (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti