...

Binəqədidə kran aşıb, sürücü ölüb

Hadisə Materials 26 Avqust 2021 14:22 (UTC +04:00)
Binəqədidə kran aşıb, sürücü ölüb

Bakı. Samir Əli - Trend:

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şosesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında idarə etdiyi 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı və 99-ZB-989 dövlət qeydiyyat nişanlı qoşqunu idarə etdiyi zaman avtomaşın ətalətini itirməklə qoşqunun üzərinə aşıb və avtomaşınla qoşqunun arasında qalıb sıxılmaqla ölüb.

Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti