...

Cəlilabadda metamfetaminin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Hadisə Materials 31 Avqust 2021 15:43 (UTC +04:00)
Cəlilabadda metamfetaminin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri S.Nəsirov və F.Quliyev saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən baxış zamanı onların hər birinin üzərindən psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti