...

Həmkəndlisini qətlə yetirən şəxsin istintaqı yekunlaşıb

Hadisə Materials 1 Sentyabr 2021 15:34 (UTC +04:00)
Həmkəndlisini qətlə yetirən şəxsin istintaqı yekunlaşıb

Bakı. Fərid Zöhrabov - Trend:

Martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun öldürülməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İstintaqla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elşən Məmmədovu qəsdən öldürməsi müəyyən edilib.

Vüqar Həsənov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti