...

Rusiyadan Bakıya gələn gəmi saya oturub

Hadisə Materials 3 Sentyabr 2021 18:05 (UTC +04:00)
Rusiyadan Bakıya gələn gəmi saya oturub

Bakı. Orxan Nəbiyev - Trend:

Xəzər dənizinin şimal hissəsində Rusiyanın Həştərxan limanından Bakıya hərəkət edən "Tanker-7" gəmisi saya oturub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti idarəsi bildirib.

Qeyd olunub ki, insident Volqa-Xəzər kanalında qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Gəmidə 12 heyət üzvü olub.

Kanalda suyun çirklənməsi və ya digər gəmilərin hərəkətinə maneə qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti