...

Bu il 2 ton 628 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - DİN

Hadisə Materials 14 Sentyabr 2021 16:19 (UTC +04:00)
Bu il 2 ton 628 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - DİN

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatlar nəticəsində təkcə bu il 2 ton 628 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bunu Trend-ə açıqlamasında DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin narkotik vasitələrin 224 kiloqramı psixotrop maddə, 1 ton 421 kiloqramı isə heroin, həşiş və tiryək kimi güclü təsiredici vasitədir: "Həmçinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1 ton 250 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb ki, onlardan 913 kiloqramı güclü təsiredici, 135 kiloqramı isə psixotrop maddələrdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti