...

Dünya çempionu Bakıda heroinlə həbs edildi

Hadisə Materials 15 Sentyabr 2021 16:57 (UTC +04:00)
Dünya çempionu Bakıda heroinlə həbs edildi

Bakı. Samir Əli - Trend:

Universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, idmançı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Axtarış zamanı onun üzərindən heroin, metamfetamin və tramadol həbi aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və X.Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti