...

Əfqanıstanın Nanqarhar əyalətində sutka ərzində ikinci partlayış törədilib

Hadisə Materials 19 Sentyabr 2021 23:28 (UTC +04:00)
Əfqanıstanın Nanqarhar əyalətində sutka ərzində ikinci partlayış törədilib

Bakı. Trend:

Partlayış Əfqanıstanın Nanqarhar əyalətinin Şerzad rayonunda baş verib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb.

Məlumata əsasən, partlayış nəticəsində iki nəfər həlak olub.

Xatırladaq ki, ötən gün Əfqanıstanın "Şəmşəd" televiziya kanalı Nanqarharın inzibati mərkəzi Cəlalabad şəhərinndə minalanan yüklü avtomobilin partladılması nəticəsində ən az 3 adamın öldüyünü və 18 adamın yaralandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti