...

Yevlaxda quşçuluq sexi yanıb

Hadisə Materials 30 Sentyabr 2021 09:49 (UTC +04:00)

Bakı. Trend:

Yevlax şəhərinin Havarlı kəndində ümumi sahəsi 300 kv.m olan quşçuluq sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin taxtadan ibarət tavanı və bitişik, ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti