...

Nişan mərasimində tələbləri pozan ev sahibi cərimələnib

Hadisə Materials 1 Oktyabr 2021 13:00 (UTC +04:00)
Nişan mərasimində tələbləri pozan ev sahibi cərimələnib

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evdə təşkil edilən nişan mərasimində karantin qaydalarının pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Danaçı kəndində İbrahim Diniyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən nişan mərasimində dəvət edilən qonaqlardan bir neçəsinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar ev sahibi İ.Diniyev inzibati məsuliyyətə cəlb edilib və o, 300 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti