...

Sumqayıtda polis xidməti silahından açılan atəş nəticəsində həlak olub

Hadisə Materials 25 Noyabr 2021 12:00 (UTC +04:00)
Sumqayıtda polis xidməti silahından açılan atəş nəticəsində həlak olub

Bakı. Trend:

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

DİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

"Hazırda məsələ araşdırılır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti