...

Bakıda yaşlı kişi metroda öldü

Hadisə Materials 9 Dekabr 2021 09:05 (UTC +04:00)
Bakıda yaşlı kişi metroda öldü

Bakı. Samir Əli - Trend:

Bakıda metroda ölüm hadisəsi baş verib.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə səhər saat 08:10-da metronun "28 may" stansiyasında baş verib.

"Sərnişin qatarda özünü pis hiss edib. "28 may" stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib.

Dünyasını dəyişən şəxs yaşlı kişidir", - deyə B.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti