...

Vətəndaşlardan 18 ədəd ov tüfəngi götürülüb

Hadisə Materials 11 Dekabr 2021 13:11 (UTC +04:00)
Vətəndaşlardan 18 ədəd ov tüfəngi götürülüb

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti