...

İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)

Hadisə 18 Yanvar 2022 19:15 (UTC +04:00)
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Namiq Beybutov və Zahid Şəfiyevin hər birindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, onların barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti