...

Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb

Hadisə 22 Yanvar 2022 17:42 (UTC +04:00)
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlərlə rayonun Çolpu kənd sakini T.Əliyev saxlanılıb.

Ondan bir ədəd “Toz” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı bir ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti