...

Bakıda ikimərtəbəli ev yanıb

Hadisə 25 Yanvar 2022 08:53 (UTC +04:00)
Bakıda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 170 m² olan iki ailəyə (hər mərtəbəsi ayrı-ayrı vətəndaşlara) məxsus ikimərtəbəli evin birinci mərtəbəsində sahəsi 40 m² olan evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi və ikinci mərtəbə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti