...

Bakıda yaşayış binasında başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Yanvar 2022 16:02 (UTC +04:00)
Bakıda yaşayış binasında başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Humay Ağacanova - Trend:

Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

**

15:03

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti