...

İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb

Hadisə Materials 27 Yanvar 2022 18:50 (UTC +04:00)
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalınçaq kənd sakini Cəsarət Hüseynovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti