...

Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib

Hadisə Materials 27 Yanvar 2022 20:14 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti