...

Xətai rayonunda ev yanıb

Hadisə Materials 9 Fevral 2022 23:28 (UTC +04:00)
Xətai rayonunda ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 20 m² olan evin yanar konstruksiyaları və ümumi sahəsi 20 m² olan evin dam örtüyünün taxta atmaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti