...

İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verən yanğın söndürülüb

Hadisə Materials 22 Fevral 2022 21:41 (UTC +04:00)
İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verən yanğın söndürülüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Qax rayonunun Qum kəndi yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun ərazisində dağ-meşə zonada baş vermiş yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq axşam saatlarında söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində təqribən 15 ha sahədə kol-kos, xəzəl, qurumuş ağaclar və ağac kötükləri yanıb. Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsinə və küləkli hava şəraitinin yanğının söndürülməsi prosesini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti