Bakı. Samir Əli - Trend:
Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Goranboy rayon prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət almış və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir