...

Ağcabədidən Bakıya satış üçün 200 kiloqram yararsız ət gətirənlər saxlanıldı

Hadisə Materials 28 Fevral 2022 11:22 (UTC +04:00)
Ağcabədidən Bakıya satış üçün 200 kiloqram yararsız ət gətirənlər saxlanıldı

Bakı. Samir Əli - Trend:

Ağcabədi rayonundan Bakıya mənşəyi məlum olmayan ət gətirən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib.

S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil veriliblər.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti