Bakı. Trend:
ABŞ-ın Dumas şəhərində (Arkanzas ştatı) avtoşouda baş verən atışma nəticəsində azı bir nəfər ölüb.
Trend TASS-a istinadən xəbər verir ki, Arkanzas polisi azı 10 nəfərin yaralandığını təsdiqləyib.
Ölənlərin sayının artacağı istisna olunmur.
Hadisənin kim tərəfindən və hansı səbəblərlə baş verdiyi haqqında məlumat verilmir.