...

Son iki gündə yol qəzalarında 6 nəfər ölüb

Hadisə Materials 23 Mart 2022 10:53 (UTC +04:00)
Son iki gündə yol qəzalarında 6 nəfər ölüb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) son iki gündə baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Rrespublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti