...

Lənkəranda 72 yaşlı şəxsə qarşı soyğunçuluq edilib

Hadisə Materials 23 Mart 2022 11:17 (UTC +04:00)
Lənkəranda 72 yaşlı şəxsə qarşı soyğunçuluq edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda son bir ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, soyğunçuluq və oğurluq cinayətləri edən 20 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son bir ayda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər rayon sakini saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə, psixotrop maddə və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onlardan bir neçəsinin soyğunçuluq və oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxslərdən ikisinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 72 yaşlı Lənkəran şəhər sakininin pulunu soyğunçuluq yolu ilə ələ keçirdikləri, digər altı nəfərin isə rayon ərazisindəki evlərdən və digər obyektlərdən çoxsaylı oğurluqlar etdikləri müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti