...

Kürdəmirdə narkotik satan iki nəfər saxlanıldı, biri qadındır (FOTO)

Hadisə Materials 31 Mart 2022 15:27 (UTC +04:00)
Kürdəmirdə narkotik satan iki nəfər saxlanıldı, biri qadındır (FOTO)

Bakı. Trend:

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb, onlardan biri qadındır.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Arzu Həsənova və Kürdəmir rayon sakini Roman Sadıqov saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə heroin və tiryək, eləcə də ümumilikdə 39 ədəd güclü təsiredici xüsusiyyətə malik həblər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxslər qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti