...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 8 May 2022 09:25 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel 1 p.m yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti