...

Sumqayıtda şirkət əməkdaşlarını daşıyan avtobus aşdı, yeddi nəfər xəsarət aldı

Hadisə Materials 11 May 2022 11:03 (UTC +04:00)
Sumqayıtda şirkət əməkdaşlarını daşıyan avtobus aşdı, yeddi nəfər xəsarət aldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində şirkət işçilərini daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində avtobusda olan 7 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər təcili yardımla xəstəxanaya gətirilib.

Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, xəstəxanaya gətirilən 7 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti