Bakı. Trend:
Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan və istifadə olunmayan əşyalar 3 m² sahədə yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb