Bakı. Trend:
Bərdə rayonu, Şorəlli kəndində bir dam altında tikilən ümumi sahəsi 42 m² olan birmərtəbəli evin və ümumi sahəsi 138 m² olan tövlənin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bitişik köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.