...

Penitensiar xidmətlə DİN-in birgə əməliyyatı: Quyuda gizlədilmiş narkotik tapıldı

Hadisə Materials 4 İyun 2022 17:38 (UTC +04:00)
Penitensiar xidmətlə DİN-in birgə əməliyyatı: Quyuda gizlədilmiş narkotik tapıldı

Bakı. Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) Qaradağ rayon Polis idarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Trend xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında quyuda gizlədilmiş ümumi çəkisi 253,552 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti