...

Bərdədə sərxoş vəziyyətdə havaya atəş açan şəxs saxlanılıb

Hadisə Materials 6 İyun 2022 11:59 (UTC +04:00)
Bərdədə sərxoş vəziyyətdə havaya atəş açan şəxs saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda sərxoş vəziyyətdə havaya atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilmiş şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılıb.

Ondan “Sayqa” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti