...

Neftçalada yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib (FOTO)

Hadisə Materials 6 İyun 2022 20:17 (UTC +04:00)
Neftçalada yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib (FOTO)

Bakı. Trend:

Neftçala Rayon Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun 2-ci Mayak kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 10 ton 890 kiloqram olan 2750 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti